Rusiya FTX-nin Meğri dəhlizindəki gələcək fəaliyyəti İrəvanı narahat edir - Ermənistan mətbuatı

11 yanvarda Moskvada keçirilən üçtərəfli iclasdan sonra, Ermənistan rəhbərliyi tərəfindən kommunikasiyaların açılmasına üstünlük verməklə zəif cəhdlər edilir. Xüsusilə dəmir yolundan bəhs olunur, buna əsasən Ermənistan Naxçıvan üzərindən İrana və Azərbaycandan Rusiyaya mal daşıma imkanı əldə edir.

Eurasia Diary Ordu.az saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Lragir” xəbər saytı məlumat paylaşıb.

ki, mövcud yollarla edə bilməyəcəyimiz qədər mal ixrac etməli olduğumuz sualın bir tərəfidir.

“Daha maraqlısı budur ki, Ermənistan ərazisində bu kommunikasiyalar Rusiya FTX bölmələri tərəfindən izləniləcək, lakin digər hissələrdə, məsələn, Naxçıvanda və Azərbaycanda bunlar yoxdur. Ermənistanın 46-48 km-lik hissəsində təhlükələrin olduğu düşünülür, amma yüzlərlə kilometrlik Azərbaycan hissələrində yox? Yoxsa Ermənistan “adi dəmir yolu”nun təhlükəsizliyini təmin edə bilmir? Hansı səbəbdən?

Əlbətdə hərbi genişlənmə təhlükəsinin səbəbləri var və beləliklə, Rusiya təhlükəsizliyə zəmanət verir. Əlbətdə ki, bu təhlükə var və Rusiya-Türkiyə patrulu ilə Sünikin “özgəninkiləşdirilməsi” prosesi həyata keçirilir. Bu, cənub cəbhəsindəki hadisələri və Laçın-Şuşadakı döyüşlərin dayandırılmasını izah edir”, - deyə nəşr yazıb.

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Bakı qara hazırdırmı? - RƏSMİ AÇIQLAMA

SONRAKI XƏBƏR

Fransada hicab barədə qanun rədd edildi