Fransada hicab barədə qanun rədd edildi

Fransada hicab barədə qanun rədd edildi

Eastnews.org-un verdiyi xəbərə görə, Fransadakı hakim partiyanın 18 yaşdan kiçik qızların ictimai yerlərdə hicab taxmalarına qadağa qoyma cəhdləri Fransa Milli Məclisi tərəfindən rədd edilib.

Milli Məclisdə toplanan xüsusi komitə hakim partiya deputatları Berje və Moro tərəfindən hazırlanan "islamçı separatçı" olaraq bilinən və adı "Respublika dəyərlərinə hörmətin gücləndirilməsi" olaraq dəyişdirilən qanun layihəsinə 18 yaşdan kiçik qızların ictimai yerlərdə hicab taxmasını və "kişilərin qadınlardan üstün olduğunu göstərən geyimlər geyinməyi" qadağan edən 2 maddə əlavə etmək barədə müzakirə aparıb.

Komitə sözügedən maddələri "radikal" hesab edib və qanun layihəsinə daxil edilməsini təsdiqləməyib.

Mənbə: eastnews.org