Dünyanın təhlükəsiz ölkələrinin siyahısı açıqlanıb

Dünyanın təhlükəsiz ölkələrinin siyahısı açıqlanıb

2021-ci ildə Azərbaycan ölkənin təhlükəsizlik reytinqində 32-ci yeri tutub.

Qazet.az xəbər verir ki, cədvəl “Numbeo” qlobal verilənlər bazası tərəfindən dərc edilib.

Sıralamaya ümumilikdə 135 ölkə daxil edilib.

Təhlükəsiz ölkələrin sırasına Qətər başçılıq edir. İkinci yerdə Tayvan, üçüncü Birləşmiş Ərəb Əmirlikləri, dördüncü Oman, beşincisi yerdə isə Man Adası yer alıb.

Qonşu Gürcüstan ilk onluğu tamamlayır. Ermənistan 11-ci, Türkiyə 51-ci, İran isə 88-dir.

Mənbə: qazet.az