Pens Trampın prezidentliyinə yekun qiymət verdi: "Bu, güc vasitəsilə sülhdür..."

Pens Trampın prezidentliyinə yekun qiymət verdi: "Bu, güc vasitəsilə sülhdür..."

ABŞ-ın vitse-prezidenti Mayk Pens vəzifəsindən gedən prezident Donald Trampın administrasiyasının işini qiymətləndirən açıqlama ilə çıxış edib.

Mayk Pens Nyu Yorkdakı Fort Dramdakı 10-cu Dağ Piyada Diviziyasına gəlib və burada Tramp administrasiyasını onilliklər ərzində Amerikanı yeni bir müharibəyə sürükləməyən yeganə rəhbər olduğunu söyləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerika mətbuatının tirajladığı xəbərlərdə deyilir.

"Bu, gücün köməyi ilə sülhdür", - Mayk Pens deyib.

Bu səfər vitse-prezidentin indiki administrasiya tərəfindən şəxsən Trampın əvəzinə orduya vida ziyarətidir.

Buna baxmayaraq, Tramp ABŞ-ı Açıq Səma Müqaviləsindən çıxarıb və 2018-ci ilin mayında nüvə anlaşmasından çıxıb. Mütəxəssislərə görə, bu iki addımın hər biri sülhün bərqərar olmasına mane olub.

Mənbə: qaynarinfo.az