“XİN-də vəzifənizə Səudiyyəyə silah satmaqla başlamısız”

“XİN-də vəzifənizə Səudiyyəyə silah satmaqla başlamısız”

 

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Fransa XİN rəhbəri Jan İv Lö Drianın onları hədəf alan açıqlamalarına reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə post paylaşaraq Fransanı Səudiyyə Ərəbistanına silah satmaqda ittiham edib:

“Jurnalist Camal Qaşıqçını və hər gün Yəməndə uşaqları öldürərək müharibə cinayətləri törətmiş səudiyyəlilərə silah satırsınız. Bunu dayandırın”.

Drianın İrana qarşı nüvə silahı istehsalına dair ittihamına reaksiya verən Zərif “Hörmətli həmkarım, XİN-də vəzifənizə Səudiyyə Ərəbistanına silah satmaqla başlamısınız. Boş və yalan açıqlamalarla İran haqqında danışmayın”,- deyə bildirib.

Mənbə: qafqazinfo.az