Trampın kəşfiyyat xidmətlərindən informasiya alışını qadağan etmək lazımdır.
Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şif deyib.
Konqresmen ABŞ-ın dünyadakı tərəfdaşlarının əksəriyyətinin Tramp ucbatından kəşfiyyat məlumatlarını Vaşinqtona vermək istəmədiklərini deyib.
O, prezidentin kəşfiyyatı siyasiləşdirərək, ölkənin təhdid altında qoyduğunu söyləyib.