Konqresə hücumdan 3 gün əvvəl ABŞ kəşfiyyatı xəbərdarlıq edibmiş

Konqresə hücumdan 3 gün əvvəl ABŞ kəşfiyyatı xəbərdarlıq edibmiş

ABŞ Konqresinə hücumdan 3 gün əvvəl ölkənin kəşfiyyat orqanlarının sözügedən hadisə ilə bağlı xəbərdarlıq etdiyi üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb.

Bildirilib ki, kəşfiyyat orqanları Tramp tərəfdarlarının seçkidəki məğlubiyyətə görə şiddətə əl atacaqlarını açıqlayıb.

“Əvvəlki etirazlardan fərqli olaraq, bu dəfə yanvarın 6-da Konqres binasına hücum edilə bilər”, - kəşfiyyat məlumatında qeyd edilib.

Qəzet bu xəbərdarlığa rəğmən, polisin lazımi qədər təhlükəsizlik tədbiri görmədiyini bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın tərəfdarları yanvarın 6-da Konqresə hücum edib. İğtişaşlar zamanı 5 nəfər həlak olub.

Mənbə: cia.az