Tramp Zelenskinin həmin xahişini rədd edib - KİV

Tramp Zelenskinin həmin xahişini rədd edib -

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin qış dövründə ballistik təhdidlərə qarşı müdafiə məqsədilə Kiyevə “Patriot” ələkeçirici raketlərinin verilməsi barədə xahişini rədd edib.

Bu barədə “The Atlantic” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna qış aylarında enerji infrastrukturunu qorumaq və mümkün hücumların qarşısını almaq üçün bu raketlərdən 300 ədədini istəmişdi. Tramp isə həmin xahişi təsdiqləməyib.

Məlumata görə, bunun əvəzinə, ABŞ prezidenti alternativ bir yardım forması təklif edib. O, Ukraynaya öz “Patriot” ələkeçirici raketlərini istehsal etməyə icazə verməyə hazır olduğunu bildirib.

Mənbə: qafqazinfo.az