ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazını bağladığı ilə bağlı iddiaları təkzib edib.
Bununla bağlı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında məlumat yayıb.
Bildirilib ki, İran hökumətinin Hörmüz boğazını bağladığı barədə iddiaları həqiqəti əks etdirmir.
Məlumata görə, Hörmüz boğazı kommersiya gəmilərinin tranziti üçün açıq qalır və İran bu beynəlxalq su yoluna nəzarət etmir.
Qeyd olunub ki, son dörd ay ərzində minlərlə gəmi Hörmüz boğazından maneəsiz istifadə edib.
Mənbə: qafqazinfo.az