Azərbaycanda tanınmış universitet rektoru yubiley yaşında - VİDEO

Azərbaycanda tanınmış universitet rektoru yubiley yaşında  - VİDEO

Yanvarın 20-də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun 65 yaşı tamam olur.

İbrahim Həsən oğlu Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olub. İ. Cəfərov 25 iyul 2013-cü ildən hal-hazıradək Azərbaycan Dövlət Aqrar Universitetinin rektorudur. Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdür.

Kəpəz Televiziyası İ. Cəfərovun 65 illik yubileyi münasibətilə videoçarx hazırlayıb.

Moderator.az həmin materialı oxucularına təqdim edir. Fürsətdən istifadə edərək İbrahim müəllimi ürəkdən təbrik edir, can sağlığı və fəaliyyətində davamlı uğurlar arzu edirik.

Mənbə: moderator.az