Kamala Harris səlahiyyətlərini təhvil verdi

Kamala Harris səlahiyyətlərini təhvil verdi

ABŞ-ın seçilmiş vitse-prezidenti Kamala Harris senator səlahiyyətlərini təhvil verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu qərar yerli vaxtla saat 12:00-da qüvvəyə minib.

“Mən yanvarın 18-i saat 12:00-dan Kaliforniya ştatının senatoru vəzifəsindən gedirəm. Son dörd ildə məni Senatda xidmət etmək şərəfinə layiq görən Kaliforniya sakinlərinə təşəkkür etmək istəyirəm”, - Harrisin Kaliforniya qubernatoru Gevin Nyusoma ünvanladığı məktubunda deyilir.

Dekabrın 22-də Nyusom bildirmişdi ki, Harrisin Senatdakı yerini Kaliforniyanın katibi Aleks Padilla tutacaq.

Mənbə: qafqazinfo.az