Bayden Trampın verdiyi əmri ləğv edəcəyini bildirib

Bayden Trampın verdiyi əmri ləğv edəcəyini bildirib

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin sözçüsü Cen Psaki ökənin Böyük Britaniya, Avropa İttifaqı ölkələri və Braziliyanın əksəriyyəti ilə bağlı səyahət qadağalarını davam etdirəcəyini söyləyib.

Qazet.az BBC-yə istinadən xəbər verir ki, hazırkı prezident Donald Tramp bu qadağaların ləğv edilməsinə dair əmr imzalayıb.

ABŞ-ın Avropaya səyahət məhdudiyyətləri keçən mart ayında, Braziliyaya isə may ayında tətbiq edilib.

Psaki öz “Twitter” hesabında paylaşım edərək “Dünyada daha yoluxucu mutasiya variantlarının ortaya çıxdığı bir zamanda beynəlxalq səyahətlərə qoyulmuş məhdudiyyətləri ləğv etməyin vaxtı deyil”, – deyə bildirib.

Xatırladaq ki, Baydenin andiçmə mərasimi çərşənbə günü olacaq.

Mənbə: qazet.az