Qətər körfəz ərəb dövlətlərini İranla danışıqlara başlamağa çağırıb

Qətər körfəz ərəb dövlətlərini İranla danışıqlara başlamağa çağırıb

“Körfəz ərəb dövlətlərinin İranla danışıqlara başlamalarının zamanı gəlib çatıb.”

İnterAz SalamNews-a istinadən xəbər verir ki, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali-Sani bunu Blomberg-ə verdiyi açıqlamasında deyib.

İranla ABŞ arasında danışıqların başlamasının ehtimalından söz açan Qətər rəsmisi əlavə edib ki, körfəz ərəb dövlətləri də İranla danışıqlara başlamalıdırlar.

O bildirib ki, ölkəsi İranla digər dövlətlər asında vasitəçilik etdiyi kimi ərəb dövlətləri ilə İran arasında da vasitəçilik edə bilər.

Qətərin xarici işlər naziri əlavə edib ki, ölkəsi çoxdandır körfəzdə yerləşən altı ərəb dövləti ilə İran arasında zirvə toplantısının keçirilməsini istəyir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və onun siyasi koalisiyasında olan ərəb dövlətləri 2015-ci ildən İranla diplomatik əlaqələri dayandırıblar.

Mənbə: www.interaztv.com