Daha 70 İŞİD terrorçusu ABŞ hərbi bazasına aparıldı

Daha 70 İŞİD terrorçusu ABŞ hərbi bazasına aparıldı

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ ordusu Suriyanın Hasekə şəhərindəki "Əs-Sənaviyə əs-Sinayi" həbsxanasında saxlanılan İŞİD terrorçularının bəzilərinin yerini dəyişib.

Bu barədə Suriya hökumət mənbələri məlumat yayıblar.

Məlumatda vurğulanır ki, 70 İŞİD terrorçusu ABŞ-a məxsus Tənf hərbi bazasına aparılıb.

Sözügedən hərbi bazanın İordaniya və Suriya sərhədində yerləşdiyi, burada terrorçulara təlim keçildiyi diqqətə çatdırılıb.

Mənbə: eastnews.org