Suriyada Türkiyə qüvvələri və kürd yaraqlılara etiraz aksiyası keçirildi

Suriyada Türkiyə qüvvələri və kürd yaraqlılara etiraz aksiyası keçirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Suriyanın Hasekə şəhərində Türkiyə və bölgədəki kürd yaraqlıları əleyhinə aksiya keçirilib.

Aksiyada Türkiyə ordusunun içməli suyu kəsməsinə etiraz olunub.

Bundan əlavə aksiya zamanı kürd yaraqlılarının bölgədə etdiyi qanunsuzluqlara da etiraz olunub və şüarlar səsləndirilib.

Nümayişçilər "Türkiyə və kürdlər Suriya xalqının təbii sərvətlərini oğurlayır", - deyə şüarlar yazılan plakatlar qaldırıblar.

Mənbə: eastnews.org