Qarabağ Dirçəliş Fondu vəsait toplanması məqsədilə marafonlar təşkil edəcək

Qarabağ Dirçəliş Fondu vəsait toplanması məqsədilə marafonlar təşkil edəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə əksini tapıb.

Sənədə əsasən, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər, o cümlədən vəsait toplanması məqsədilə marafonlar təşkil etmək Fondun hüquqları sırasına daxil edilib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağ Dirçəliş Fondu ödənişsiz əsaslarla fəaliyyət göstərəcək

SONRAKI XƏBƏR

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb