Fransada bələdiyyə sədri Makron hökumətinin bağladığı məscid barədə danışıb

Fransada bələdiyyə sədri Makron hökumətinin bağladığı məscid barədə danışıb

Eastnews.org-un verdiyi xəbərə görə, Fransanın Monmani Bələdiyyə sədri Patrik Floke şəhərdəki məscidin bağlanmasına reaksiya göstərib və Emmanuel Makron hökumətini bacarıqsızlıqda günahlandırıb.

"Le Parisien"in verdiyi məlumata görə, Monmanidəki məscid də Fransadakı bir çox məscid kimi "İslam separatizmi ilə mübarizə" adı ilə bağlanıb.

Floke "Bu məscidin sözügedən səbəblə bağlanmasını tələb edəcək bir vəziyyət olmamışdı", - deyərək, bağlama əmrinin arxasında duran Daxili İşlər naziri Jerald Darmanenin səhv etdiyini bildirib.

Mənbə: eastnews.org