Suriya İsraillə görüş iddiasına münasibət bildirdi

Suriya İsraillə görüş iddiasına münasibət bildirdi

Eastnews.org-un verdiyi xəbərə görə, suriyalı rəsmilərin israillilərlə hər hansı bir yerdə görüşməsi barədə yayılan şayiələr rədd edilib.

Suriya XİN-dəki mənbə "Bu cür saxta xəbərlərin yayımlanması KİV sponsorlarının Suriyanın sionist rejim ilə bağlı prinsipial və möhkəm mövqeyinə şübhə yaratmaq üçün uğursuz bir cəhdidir", - deyib.

Rəsmi mənbə "Suriyanın İsrailə qarşı mövqeyi aydındır və həmişə də belə olacaq. Suriya qərarlarını xalqın mənafeyinə və ərəb millətinin haqlı mübarizəsinə, xüsusən də Fələstinin, Colanın və işğal altındakı ərəb torpaqlarının azadlığına dair beynəlxalq qərarlara əsaslanaraq verir", - deyə bildirib.

Səudiyyə mediası bir müddət əvvəl Suriya və İsrail rəsmilərinin görüşdüyünü iddia etmişdi.

Mənbə: eastnews.org