Tramp, İsraillə münasibətləri rəsmiləşdirdiyinə görə Bəhreyn kralına “Ləyaqət” ordeni verib

Tramp, İsraillə münasibətləri rəsmiləşdirdiyinə görə Bəhreyn kralına “Ləyaqət” ordeni verib

ABŞ prezidenti Donald Tramp Mərakeş və BƏƏ rəhbərliyindən sonra Bəhreyn kralına da orden verib...

ABŞ prezidenti Donald Tramp Mərakeş və BƏƏ rəhbərliyindən sonra Bəhreyn kralına da orden verib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, Bəhreynin kralı Həmd bin İsa Ali-Xəlifəni “Ləyaqət” ordeni ilə təltif edib.

Bildrilib ki, “bu orden Bəhreyn kralının beynəlxalq arenada və regionda sabitliyin təmin edilməsi istiqamətində atdığı addımlara görə verilib.”

Qeyd edək ki, Donald Tramp bundan öncə eyni ordeni Mərakeşin kralı və BƏƏ-nin vəliəhdinə də verib.

Qeyd edilən ərəb dövlətləri son aylarda İsraillə münasibətləri rəsmiləşdiriblər.

İsraillə münasibətləri rəsmiləşdirən ərəb dövlətlərinin sayı altıdır.

Mənbə: www.interaztv.com