Navalnı tərəfdaşlarına müraciət etdi

Navalnı tərəfdaşlarına müraciət etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyada 30 gün həbs olunmasına qərar verilən müxalifətçi Aleksey Navalnı tərəfdarlarına çağırış edib.

"Küçəyə mənim üçün yox, ancaq özünüz və öz gələcəyiniz üçün çıxın", - deyən Navalnı həbs qərarından sonra etdiyi çağırışda bildirib.

Rusiyalı müxalifətçinin "29 dekabr 2020-ci ildən bəri sınaq müddətini dəfələrlə pozduğu" səbəbilə paytaxt Moskvada məhkəməsi keçirilib və 30 gün müddətinə həbs edilməsinə qərar verilib.

Digər tərəfdən isə Navalnının nümayəndələrindən biri olan Leonid Volkov yanvarın 23-ü ölkədə böyük etiraz aksiyaları keçirməyə səsləyib.

Mənbə: eastnews.org