İrəvanda keçmiş prezident Robert Köçəryana dəstək aksiyası keçirilir

İrəvanda keçmiş prezident Robert Köçəryana dəstək aksiyası keçirilir

Çərşənbə axşamı keçmiş Ermənistan prezidenti Robert Köçəryana dəstək məqsədilə İrəvanda məhkəmə binası qarşısında 200-dək insan toplaşıb. ..

Çərşənbə axşamı keçmiş Ermənistan prezidenti Robert Köçəryana dəstək məqsədilə İrəvanda məhkəmə binası qarşısında 200-dək insan toplaşıb. Eks-prezidentin məhkəmə işi günortadan sonra davam etməlidir. Yerli xəbər portalları aksiyadan canlı reportaj yayımlayırlar.2008-ci ilin mart ayında konstitusion quruluşun devrilməsi işi üzrə məhkəmə prosesi 12 sentyabr 2020-ci il tarixində İrəvan məhkəməsində başlayıb.

İnterAz TASS-a istinadən xəbər verir ki, məhkəmə işi üzrə Köçəryandan savayı o vaxt müdafiə nazirinin müavini olmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Haçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə edilirlər.

Mənbə: www.interaztv.com