MM Komitəsi azad edilmiş ərazilərdə aqrar sahənin inkişafını qiymətləndirəcək

MM Komitəsi azad edilmiş ərazilərdə aqrar sahənin inkişafını qiymətləndirəcək

Bakı. Elçin Mehdiyev – Trend:

Deputatlar işğaldan azad olan torpaqlarda yaranmış vəziyyətlə tanış olacaq, həmin ərazilərdə aqrar sahəsinin inkişafı üçün vacib məsələləri müzakirə edəcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planında əksini tapıb.

Həmçinin, komitə üzvlərinin Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etməsi, qazilər, müharibə iştirakçıları ilə görüşlər keçirməsi iş planına daxil edilib.

Mənbə: az.trend.az