Azərbaycanın haqq mübarizəsi - VİDEO

Azərbaycanın haqq mübarizəsi - VİDEO

1990-cı il yanvarın 19-dan 20-nə keçən gün. Bu tarix təqvimdə Azərbaycanın ümumxalq hüzn günü kimi yazılsa da, həmçinin milli oyanışımız, bizi azadlığa aparan yol idi. Mərmi və güllə yağışları belə küçəyə əliyalın çıxan insanların qarşısını ala bilmədi. Onları yollarından döndərə bilmədi. Çünki hamı bir məqsəd uğrunda mübarizə aparırdı – azadlıq.

Həmin dövrə rəhbərlik edən şəxslərdən biri olan Etibar Məmmədov bildirdi ki, 20 yaavar hadisəsi Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi. 20 yanvar çəhidləri də şəhərin ən yüksək nöqtəsində - Şəhidlər Xiyabanında dəfn olunan ilk şəhidlər oldular. Bu, azadlıq və müstəqillik uğrunda atılan ən böyük addım oldu.

Hadisənin əks-sədası bütün dünyaya yayıldı. Amerika Birləşmiş Ştatlarınmın "Los Angeles Times" "The New York Times", "Vaşinqton Post" və digərn media orqanları Azərbaycanın milli mübarizəsindən yazdı. “Rus imperiyasının müstəmləkəsində olan Azərbaycan öz suveren və demokratik hüquqlarını bərpa edir. Azadlıq və müstəqilliyi uğrunda mübarizə aparır”.

Böyük Britaniyada "The Times" qəzeti, BBC kanalı və digər media orqanları “Bu dəhşətli hərbi əməliyyat 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxan Azərbaycanın haqq mübarizəsi idi” başlıqlı yazılar gündəmi zəbt etdi.

Bununla da Azərbaycan uzun mübarizədən sonra, canı ilə qanı ilə azadlığını, müstəqilliyini qazanmağa nail oldu.

 

Mənbə: www.realtv.az