1.9 trilyon dollarlıq iqtisadi yardım paketi Baydenin hakimiyyətdə ilk 100 günü əsas prioritetdir

1.9 trilyon dollarlıq iqtisadi yardım paketi Baydenin hakimiyyətdə ilk 100 günü əsas prioritetdir

Yeni seçilmiş prezident Co Bayden bu həftə vəzifəyə başlamazdan əvvəl bir ildir 400 mindən çox amerikalıın ölümünə və on milyonlarla insanın yoluxmasına səbəb olan pandemiyanın təsirinə məruz qalmış ölkə üçün 1.9 trilyon dollarlıq iqtisadi yardım paketi təqdim etməyə hazırlaşır.

Cümə axşamı açıqlanan bu təklif xüsusilə də Demokratların bir sıra geniş prioritetlərlə dolu siyasi gündəminə əlavə olaraq Konqresdə kiçik fərqlə çoxluqla işləyəcək administrasiya üçün aqressiv bir başlanğıcdır. Buraya iqlim dəyişikliyi ilə mübarizədən tutmuş, seçici hüquqlarının qorunması, Amerikanın immiqrasiya sistemində islahatlara qədər məsələlər daxildir.

Yarım paketi Donald Trampın mühakiməsinin Senatda gözlənildiyi vaxt qanunvericilərin diqqətini cəlb etməlidir. Konqresin Nümayəndələr Palatası yanvarın 13-ü Trampı Baydenin qələbəsinin sertifikatladırıldığı vaxt ABŞ-ın Kapitoli binasına basqın etmiş tərəfdarlarını təhrik etmək ittihamı ilə impiç edib.

Prezident Franklin Ruzveltin 1930-cu illərin əvvəllərində Depressiya dövründə “yeni kurs”nun əsas müddəalarını həyata keçirməyə başladığı dövrdən etibarən ondan sonrakı prezidentlərin hamısına hakimiyyətdə ilk 100 gün ərzində gördükləri işə görə qiymət verilib. Exspertlər Baydenin erkən dövrdə gündəminin böyük bir hissəsini Konqres vasitəsilə həyata keçirməkdə qərarlı olduğunu düşünür.

"Başqa hansı prezident qapıdan içəri girməmiş 2 trilyon dollarlıq stimul almaq üçün mübahisə edib?" - deyə, Vaşinqtondakı Prezidentlik və Konqres Tədqiqat Mərkəzinin vitse-prezidenti və siyasət üzrə direktoru Den Mahaffi bildirib.

Onun fikrincə ən yaxşı müqayisə prezident Obamanın hakimiyyətinin ilk dövrü Baydenin vitse-prezident olduğu vaxt inaqurasiyadan bir neçə həftə sonra 787 milyard dollarlıq iqtisadi stimul paketinin imzalaması olardı.

Bayden Obama ilə müqayisədə hər palatada daha cüzi əksəriyyətlə işləməli olacaq. "Lakin onun planı daha böyükdür. Çünki onun qarşısında iki böyük problem - ictimai səhiyyə və iqtisadi problemlər durur" - deyə, Mahaffi bildirib.

 

 

 

Mənbə: www.amerikaninsesi.org