ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 14-də İranın dəniz blokadasını bərpa etdikdən sonra 35 ticarət gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial şəbəkəsindəki paylaşımında deyilir.
Məlumata görə, avqustun 2-nə olan vəziyyətə əsasən, ABŞ hərbçiləri 35 kommersiya gəmisinin marşrutunu dəyişdirib.
Bəyanatda həmçinin qeyd olunub ki, daha iki gəmi sıradan çıxarılıb, digər iki gəmidə isə yoxlama aparmaq məqsədilə hərbçilər göyərtəyə çıxıblar.
Mənbə: sia.az