Ermənistanın yalanları dünyanı 20 Yanvar faciəsinin əsl mahiyyətindən yayındırmağa yönəlib - Politoloq

Bakı. İlhamə İsabalayeva - Trend:

Son günlər Ermənistanın rəsmi nümayəndələri 1990-cı il 13-20 yanvar tarixlərində Bakıda erməni əhalisinin qətliamlara məruz qaldıqlarını, qurbanlar arasında yerli ruslarn da olduğunu, 20 yanvar gecəsində 147 nəfərin öldüyünü və bundan sonra ermənilərin Bakını və Azərbaycanı tərk etdikləri haqda yalan məlumatlar yazıb saytlarda yerləşdirirlər. Ermənistan rəsmi dairələrinin yalan məlumatları dünya dövlətlərini 20 Yanvar faciəsinin əsl mahiyyətini anlamaqdan yayındırmağa, tariximizə ləkə yaxmağa yönəldilmişdir.

Bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, politoloq Ramilə Dadaşova deyib.

O bildirib ki, erməni rəsmi dairələri 1990-cı il yanvar günlərində yerli rusların da öldürüldüyünü vurğulamaqla guya ruslara qarşı da etnik təmizləmə həyata keçirildiyini bəyan etmək istəyirlər.

R.Dadaşovanın sözlərinə görə, ermənilərin bu cür dezinformasiya yaymasının əsas məqsədi Dağlıq Qarabağa status almağa yönəldilmişdir. Məhz bu məqsədlə də yayımlanan yalanlarla dolu yazılarında erməni icmasının Azərbaycan hökumətinə etibar etmədiklərini dəfələrlə vurğulayırlar.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“Sevilya”nın futbolçusu koronavirusa yoluxdu

SONRAKI XƏBƏR

"Çox ambisiyalı məqsədlərim var" - "Səbail"in yeni transferi