Niderlandda küçəyə çıxmaq qadağan edilir

Niderland hökuməti sabahdan etibarən koronavirusa qarşı qabaqlayıcı və sərt tədbirlər planını elan etməyə hazırlaşır.

“HaberGlobal” məlumat verir ki, bu tədbirlərdən biri Niderlandda doqquz fevral tarixinədək komendant saatının tətbiqi olacaq.

Bu barədə Niderlandın Səhiyyə naziri Huqo de Yunqe də açıqlama verib.

“Ən qısa müddətdə xüsusi qabaqlayıcı tədbirlər həyata keçirməliyik”, - deyə Niderland Krallığının Səhiyyə naziri vurğulayıb.

O, həmçinin əlavə edib ki, sabahdan elan olunacaq komendant saatı müddətində üzrlü səbəb olmadan küçəyə çıxan niderlandlıları 95 avro (195 manat) cərimə gözləyir.

Qeyd edək ki, son məlumata əsasən Niderlandda 13 162 şəxs koronavirusun qurbanı olub.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Real” Mbappe üçün 150 milyon avro ödəməyə hazır deyil

SONRAKI XƏBƏR

Azərbaycan və Rusiya pirotexnikləri indiyədək bu qədər ərazini minalardan təmizləyib - FOTO / VİDEO