Baydenin "ilk gün"prioriteti - Mühacirət

Baydenin "ilk gün"prioriteti - Mühacirət

Yeni seçilmiş prezident Co Bayden administrasiyası ilk günündə ABŞ-da qanuni statusu olmayan 11 milyona yaxın insana vətəndaşlıq üçün səkkiz illik bir yol təqdim etməyə ümid bəsləyir. Təqdim ediləcək geniş immiqrasiya qanunu Tramp administrasiyasının sərt mühacirət siyasətini dəyişmiş olacaq.

Qanunvericilik Baydenə dörd il davam edən Prezident Donald Trampın məhdudlaşdırıcı siyasətlərindən və kütləvi deportasiyalarından sonra latino seçiciləri və digər immiqrant icmaları üçün əhəmiyyətli bir kampaniya vədini yerinə yetirməyə imkan yaradacaq.

Son illər heç bir hüquqi statusu olmayan insanlara vətəndaşlıq üçün ən sürətli yollardan birini açmış olcaq. Lakin bu siyasətin bir çox respublikaçı tərəfindən üstünlük verilən sərhəd təhlükəsizliyinin ənənəvi mübadiləsini əhatə etmədiyinə görə bölünmüş Konqresdən keçməsi şübhə doğurur.

Yüzlərlə səhifəlik qanun layihəsi ilə tanış olan və adının açıqlanmamasını istəməyən rəsmi sənədin Baydenin çərşənbə günü and içməsindən sonra təqdim ediləcəyini deyib.

Prezidentliyə namizədliyi vaxtı Bayden Trampın immiqrasiya ilə bağlı qərarlarının Amerika dəyərlərinə qarşı "amansız bir hücum" adlandırmışdı. O, sərhədlərin mühafizəsini təmin etməklə yanaşı, "zərərləri aradan qaldıracağına" vəd vermişdi.

Qanunvericiliyə əsasən, 2021-ci il 1 yanvar tarixindən etibarən Amerika Birləşmiş Ştatlarında hüquqi statusu olmayanların yoxlamalardan keçib vergi ödəmələri və digər əsas şərtləri yerinə yetirdikləri təqdirdə müvəqqəti hüquqi statusa və ya yaşıl karta sahib olmaq üçün beş illik müddət tələb ediləcək. Vətəndaşlıq almağa qərar verərlərsə, onların vətəndaşlıq üçün üç illik bir vaxtı olacaq.

Bəzi mühacirlər üçün bu proses daha sürətli olacaq. Xəyalpərəstlər deyilən və ABŞ-a qanunsuz olaraq uşaq ikən gətirllmiş gənclər, habelə kənd təsərrüfatı işçiləri və müvəqqəti qoruyucu statusu olan insanlar işlədikləri, məktəbdə ozduqları və ya digər tələblərə cavab verdikləri təqdirdə yaşıl kartlara (green card) daha çox uyğun olacaq.

Layihə Baydenin Obama administrasiyası dövründə vitse-prezident olduğu vaxt irəli sürülən böyük immiqrasiya təkliflərindən daha geniş deyil.

Məsələn, buraya sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi elementi daxil deyil, əksinə strategiyalar hazırlanmasına çağırılır. Burada qonaq işçi və ya digər viza proqramları yer almır.

Sənəddə Mərkəzi Amerikadan miqrantların ABŞ-a köç etməsinin əsas səbəbləri müəyyən ediliməsi, işçi qüvvəsinin inkişafı və ingilis dili öyrənilməsi üçün qrantlar nəzərdə tutulur.

Baydenin Trampın digər immiqrasiya siyasətləri, o cümlədən əksər müsəlman ölkələrindən gəlmələri qadağasına son qoyulması üçün təxirəsalınmaz icraedici addımlar atacağı gözlənilir.

Demokratr partiyasından seçki dövründə Bayden davamlı olaraq mühacirət fəaliyyətini "ilk günün" prioritetlərindən adlandırmış və Tramp siyasətini dəyişmək üçün bir sıra icra hakimiyyətlərinə çağırış edə biləcəyinə işarə etmişdi.

Baydenin müttəfiqləri və hətta bəzi respublikaçılar immiqrasiyanı Senatın respublika lideri Mitç Makkonnell və hər iki partiyanın liderlərini on illərdir narahat edən çıxılmaz vəziyyətdən qurtarmaq üçün Respublikaçı senatorlarla dil tapa biləcəyini böyük bir problem adlandırıb.

Mənbə: www.amerikaninsesi.org