UNWTO-ya baş katib seçilib

Zurab Pololikaşvili ikinci müddətə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi vəzifəsinə seçilib.

Open.az "Report"a istinadən xəbər verir ki, bu barədə qərar təşkilatın İcraiyyə Şurasının Madriddə keçirilən 113-cü toplantısında qəbul olunub.

Z.Pololikaşvili baş katib vəzifəsini 2022-2025-ci illərdə yerinə yetirəcək.

Gürcüstanın baş naziri Giorgi Qaxariya Z.Pololikaşvilini beynəlxalq təşkilata yenidən baş katib seçilməsi münasibətilə təbrik edib və bunu ölkənin önəmli uğuru adlandırıb.

Qeyd edək ki, Z.Pololikaşvili 2017-ci ildə UNWTO-nun 2018-2021-ci illər ərzində baş katibi seçilib. Bundan öncə o, Gürcüstanın İspaniyadakı səfiri olub.

Open.az

ƏVVƏLKİ XƏBƏR

92 yaşlı tanınmış siyasətçi gizli nikah mərasimi keçirib

SONRAKI XƏBƏR

Dünyanın ən “ağıllı” maskası su keçirməyəcək - VİDEO