İnsan Hüquqları Komitəsinin hesabatı - VİDEO

İnsan Hüquqları Komitəsinin hesabatı - VİDEO

Milli Məclisin İnsan Hüquqları Komitəsinin 2020-ci ilin payız sessiyası ərzində 6 iclası keçirilib. Komitə tərəfindən 2 qanun layihəsi Milli məclisin müzakirəsinə tövsiyə edilib və qəbul olunub.

Komitənin bu gün keçirilən iclasında birinci rübə dair hesabatı İnsan Hüquqları Komitəsinin sədri,millət vəkili Zahid Oruc təqdim etdi.

Vurğuladı ki, payız sessiyasının müddəti Pandemiya şəraiti, eləcə də Vətən müharibəsinə təsadüf edib. Bununla belə Komitənin fəaliyyəti məhsuldar olub.

Komitə üzvlərinin hesabata dair fikirləri dinlənildikdən sonra qəbul edildi. İclasın gündəliyinə daxil eilən ikinci məsələ 2021-ci il yaz sessiyası üçün Komitənin iş planı haqda idi. Müzakirələr zamanı çıxış edən millət vəkili Elşad Mirbəşiroğlu qarşıdakı müddətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndiirlməsi istiqamətində addımlar atmağın vacibliyini vurğuladı. millət vəkili Bəhruz Məhərrəmli isə qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə hüquqi cəza, maddi təminat tələb edilməklə yanaşı bir vaxtlar doğma yurd yuvalarından didərgin düşmüş məcburi köçkünlərə vurulmuş mənəvi zərərə görə də Ermənistandan təzminat tələb edilməlidir. Millət vəkili Fazil Mustafa isə qeyd etdi ki, xüsusi ilə sosial şəbəkələrdə nifət dili barədə qanunvericilkdə cəza mexanizminin qəbul edilməsinə ciddi ehtiyac var və artıq Türkiyədə bu istiqamətdə ciddi işlər görülür.

Millət vəkili Hikmət Babaoğlu da çıxışında sosial şəbəklərin fəaliyyətinin hüquqi tənzimlənməsi məsələlərinin nəzərdən keçilrilməsini vacib saydı.

İclasın gündəliyinə daxil edilən Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa dair memorandumun müzakirəsi zamanı qeyd olundu ki, Türkiyə ilə media sahəsində əməkdaşlıq Azərbaycanın diplomatik gücününa artması deməkdir və gələcəkdə bu sənədin daha da təkmilləşdirilməsinə ehtiyac var.

Müzakirələrin sonunda sənəd parlamentin plenar iclasına tövsiyə olunub. Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu dekabrın 10-da Bakıda imzalanıb.

Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun imzalayıblar.

 

Mənbə: www.realtv.az