...İngiltərə demokratiyanı təbliğ etmək və qorumaq, COVID-19 pandemiyasına qarşı mübarizə aparmaq üçün ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden rəhbərliyi ilə yaxından əməkdaşlıq edəcək
İngiltərə demokratiyanı təbliğ etmək və qorumaq, COVID-19 pandemiyasına qarşı mübarizə aparmaq üçün ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden rəhbərliyi ilə yaxından əməkdaşlıq edəcək.
İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu İngiltərə Baş naziri Boris Conson Ağ Evdə gözlənilən hakimiyyət dəyişikliyi ərəfəsində verdiyi açıqlamasında bildirib.
"Cozef Baydeni ABŞ -ın 46-cı prezidenti olaraq vəzifəyə başlaması münasibətilə təbrik edirəm, COVİD-19-la mübarizə apardığmız və pandemiyanın yaradığı problemləri dəf etdiyimiz bir zamanda yeni rəhbərliklə əməkdaşlığı səbirsizliklə gözləyirəm. İqlim dəyişikliyinə qarşı mübarizədə də oxşar hədəflərimiz var. Eyni zamanda müdafiə, təhlükəsizlik, demokratiyanın təşviqi və qorunmasında eyni fikirlərə sahibik. Ölkələrimiz bu mövzularda əməkdaşlıq edəcəklər", Conson bildirib.