Ermənistanın KTMT-də səsvermə hüququ necə dayandırıla bilər?

Ermənistanın KTMT-də səsvermə hüququ necə dayandırıla bilər?

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində səsvermə hüququndan məhrum edilməsi məsələsi yalnız təşkilata üzv ölkələrin ümumi razılığı ilə mümkündür.

Bunu Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev RIA Novosti agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası noyabrın 11-də Moskvada keçiriləcək və Ermənistanla bağlı məsələ liderlər tərəfindən müzakirə oluna bilər.

Vasilyev bildirib ki, təşkilatın Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlətin KTMT qarşısında iki il müddətində maliyyə öhdəliklərini yerinə yetirməməsi halında onun səsvermə hüququ və təşkilatın vəzifələrinə namizəd irəli sürmək hüququ dayandırıla bilər.

Mənbə: bizim.media