İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

İsrailin Azərbaycandakı səfiri Corc Dik 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

APA-nın xəbərinə görə, İsrail səfiri bu barədə "Twitter"də bildirib.

"Bir çox azərbaycanlının - kişilərin, qadınların, uşaqların soyuq havada çölə çıxması, Qara Yanvar qurbanlarının xatirəsini yad etməsi ilhamvericidir. Bu, millətin birlik və hörmət ruhu, qurbanlarına göstərdiyi ehtiramda özünü göstərir", - deyə səfir qeyd edib.

Mənbə: apa.az