Danışıqları davam etdirə biləcək lider Paşinyandır - Akopyan

Danışıqları davam etdirə biləcək lider Paşinyandır - Akopyan

Hakim komanda daxilində razılığa gəlindi ki, danışıqları davam etdirə biləcək lider Baş nazir Nikol Paşinyandır.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə hakim “Mənim addımın” partiyasının funksioneri və deputatı Qarçia Akopyan deyib.

Deputat əlavə edib ki, hərbi əsirlərin qaytarılması məsələsi həlllini tapmasa da, bu istiqamət gündəmdədir və işlər aparılır:

“Bu problemin həll olunmadığını deməyə ehtiyac yoxdur. Çünki proses hələ davam edir. Hər hansı tarix deyə bilmərəm. Nazirlər Kabineti bu həssas prosesi davam etdirsin”.

Mənbə: teleqraf.com