Xameneini kim əvəz edəcək? - Siyahı hazırdır

Xameneini kim əvəz edəcək? - Siyahı hazırdır

İranın Ali dini lideri Ayətullah Xameneini əvəz edəcək şəxslərin adının olduğu siyahı hazırdır.

Axar.az xəbər verir ki, bu barədə İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının sədri Ayətullah Möhsün Əraki məlumat verib.

Əraki 3 nəfərdən ibarət komissiya heyətinin məqsədinin ölkə lideri olma səlahiyyətinə malik şəxslərin siyahısını bir araya gətirmək olduğunu qeyd edib.

O bildirib ki, Ekspertlər Məclisi hazırlanan siyahını dəyərləndirəcək.

 

Mənbə: axar.az