İtaliyada Senat Baş nazirə etimad göstərib

İtaliyada Senat Baş nazirə etimad göstərib

İtaliyada Baş nazir Cüzeppe Konte Senatda keçirilən etimad votumunu da qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla da ölkədə yeni hökumətin formalaşdırılması və ya növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurəti aradan qalxıb. Parlamentin hər iki palatasının dəstəyini qazanan C.Kontenin rəhbərlik etdiyi hökumət öz fəaliyyətini davam etdirəcək.

Qeyd olunmalıdır ki, sabiq Baş nazir Matteo Renzinin sədrlik etdiyi "Viva İtalia" partiyası C.Kontenin yürütdüyü siyasətə etiraz olaraq, cəmi 17 aylıq birgə fəaliyyətdən sonra hökuməti tərk etdiyini bildirib. Parlamentdə mütləq səs çoxluğunu itirən C.Konte etimad votumuna getməli oldu və parlamentin hər iki palatası tərəfindən hazırkı böhran dövründə öz siyasi kursunu davam etdirmək üçün mandat alıb.

Senatorlardan 156-sı onun lehinə, 140 nəfəri isə əleyhinə səs verib.

 

Mənbə: news.milli.az