Pompeo Çini soyqırımda ittiham etdi

Pompeo Çini soyqırımda ittiham etdi

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət katibi Mayk Pompeo səlahiyyət müddətinin bitməsinə 24 saat qalmış Çini soyqırım ölkəsi elan edib.

Pompeo dünən verdiyi yazılı açıqlamada Çinin Sincan vilayətindəki uyğur müsəlmanlarına qarşı soyqırım cinayətini törətdiyini söyləyib.

Bu gün rəsmi olaraq ABŞ prezidentliyinə başlayacaq Co Baydenin dövlət katibliyinə namizədi Entoni Blinken də Pompeonun qərarını təsdiqlədiyini açıqlayıb.

Mənbə: eastnews.org