Erməni siyasi-ictimai rəyi: “Bizim üzərimizdə ayaq silirlər” ETİRAF

"İtaliya Azərbaycanı G-20 Sammitinə dəvət edib. Diqqət edin – İtaliya"

Azərbaycanın G-20 (Böyük 20-lik) Sammitinə dəvət edilməsi və bu dəvətdə quruma sədrlik edən İtaliyanın mühüm rol oynaması erməni siyasi-ictimai isteblişemetində kəskin qıcıqlanma və hay-küy yaradıb. SİA xəbər verir ki, artıq Ermənistanda bununla bağlı narahatlıqlar yaranıb və xüsusilə İtaliyaya qarşı qarayaxma kampaniyaları aparılır. SİTAT: “İtaliya Azərbaycanı G-20 Sammitinə dəvət edib. Diqqət edin – İtaliya. İtaliya G-20-yə sədrlik etdiyi müddətdə onun üçün mühüm olan dövlətlərin dəvət edilməsini özü seçir. Həmin İtaliya ki, nə vaxtsa Ermənistan üçün ən dostməramlı ölkə olub. Hər zaman – kədərini də, sevincini də bir yerdə bölüşüb. Ermənistanla bağlı məsələlərdə minimum balanslı yanaşmalar edib”.

"Biz ləyaqətimizi itirmişik"

Beləliklə, Azərbaycanın G-20 Sammitinə dəvət edilməsini və Ermənistanın ümumiyyətlə adının çəkilməməsini az qala tükənməz həyasızlıqla car çəkən ermənilər bu məsələdə hakimiyyətin də susqun qalmasından təəccüb edirlər.

“Nikol, XİN, rəsmi şəxslər, ümumilikdə isə bütün cəmiyyət sanki heç nə baş verməmiş kimi davranır”, deyə yazan erməni sosial şəbəkə seqmentləri əlavə edirlər ki, bütün bunlar həm də diplomatiyanın, xarici siyasətin və dövlət institutlarının fəaliyyətsizliklərinin, uğursuzluqlarının nəticəsidir.

“Nikolizm dövlətçliyimizi daxildən dağıtdı və Ermənistanın hüdudlarından kənar təsirlərini sıfırlaşdırdı. Biz ləyaqətimizi itirmişik və bizim üzərimizdə ayaq silirlər. Biz nə qədər ki, bu satqınlara Ermənistanı təmsil etməyə yol veririksə, dünyanın reaksiyası barədə düşünməyə dəyməz, başqa cür olmayacaq da. Nə qədər ki, bizlər özümüz-özümüzə hörmət etmiriksə, başqalarının bizə hörmət etməyini də gözləməyə ehtiyac yoxdur”

Rövşən RƏSULOV

 

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Avstriyada zəlzələ olub

SONRAKI XƏBƏR

Pompeo Çini soyqırımda ittiham etdi