Paşinyanın arvadı və qızlarının müəmmalı Moskva səfəri: Deputat təsdiqlədi

Paşinyanın arvadı və qızlarının müəmmalı Moskva səfəri: Deputat təsdiqlədi

Ermənistanın Baş naziri Nikol Paşinyanın ailəsinin ölkəni tərk etdiyinə dair məlumatlar təsdiqini tapıb.

Paşinyanın arvadı Anna Akopyan və qızları Moskvadadır.

Cebhe.info xəbər verir ki, Ermənistan parlamentinin "Mənim addımım" fraksiyasının üzvü, Anna Akopyanın qardaşı Qraçya Akopyan xəbəri təsdiqləyib.

O bildirib ki, Anna Akopyan Rusiya paytaxtındadır və ora şəxsi səfərə gedib. Ancaq Anna Akopyanın qardaşı bacısının daimi yaşamaq üçün Moskvada ev aldığına dair xəbəri təkzib edib. Eyni zamanda, Paşinyanın oğlu Aşotun da Moskvaya getmədiyini deyib.

Ancaq deputat pandemiya dövründə tətbiq edilən məhdudiyyətlərlə çərçivəsində Akopyan və qızlarının Moskvaya necə getməsi barədə suala aydınlıq gətirməyib. Ölkələr arasında hava nəqliyyatı bərpa edilməyib, şəxsi səfərlər mümkün deyil.

Anna Akopyan isə Ermənistanda heç bir rəsmi vəzifə daşımadığından rəsmi kanallarla səfər mümkün deyil. Belə olan halda onun və qızlarının Moskvaya necə getməsi sualı açıq qalır. Həmçinin onları Moskvada Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının müşayiət etməsinin səbəbi qaranlıqdır.

 

Mənbə: cebhe.info