“Biz kosmosdan çəkiliş aparmaq hesabına olsa belə, o faktları əldə etməli idik”

“Biz kosmosdan çəkiliş aparmaq hesabına olsa belə, o faktları əldə etməli idik”

Cahangir Məmmədli: “Jurnalistlərimiz tərəfindən erməni vandalizminin ifşası bundan sonra da davam etdirilməlidir”

Vətən Müharibəsi başaçatsa da, ermənilərlə informasiya müstəvisində mübarizə davam edir. Heç şübhəsizki, hazırda jurnalistikamızın qarşısındakı mühüm vəzifələrdən biri ermənilərininformasiya platformasıdnakı təxribatlarını ifşa etməklə yanaşı, həm də ermənilərin30 ilə yaxın müddətdə işğalda saxladıqları ərazilərdə törətdikləri vandalizmidünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Hansı ki, son vaxtlar jurnalistlərimizinbu istiqamətdə ciddi aktivlik sərgiləməsi müşahidə olunur. Bugünlərdə tanınmışjurnalist Cavid Şahverdiyevin erməni vandalizmi ilə bağlı məqaləsinin Misirsaytlarında yer alması, bundan öncə İordaniya,İraq, Türkiyə, Livan, Moldova, İtaliya mediasında işıqlandırılması jurnalistlərimizinəzmkar fəaliyyətindən xəbər verir.

 

 

 

Moderator.az-aaçıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsivə təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, jurnalisltərimizinerməni vəhşiliklərinin ifşası istiqamətində apardığı mübarizəni yüksək qiymətləndirdiyinivurğuladı:

 

“Etiraf etməliyik ki, bizəvvəllər bu cür aktivlik sərgiləməmişdik və bundan sonralar çox peşman olduq. Ermənivandalizmini, 30 il ərzində torpaqlarımızda baş verən qeyri-insani olayları beynəlxalqmqiyasda işıqlandırmalı, hətta kosmosdan çəkməli olsaydıq belə, orada baş verənlərləbağlı gərəkli faktları əldə etməli idik. Vətən Müharibəsi isə bizi sözün həqiqimənasında ayıltdı. Jurnalistikamız bugünlərdə yeni keyfiyyətlərə sahibləndi. Ermənilərinvəhşiliyini bütün dünyaya çatdırmaq üçün ciddi aktivlik ortaya qoydu. 2016-cıilin aprel döyüşlərindən biz bu aktivliyi müşahidə etməkdəyik. Vətən Müharibəsidönəmində isə bu fəallıq ən yüksək nöqtəyə çatdı. Prezidentimizin dünyanıntanınmış media orqnalarına verdiyi müsahibələrdə səslənən tezislər bizimjurnalistlərimizin fəaliyyəti üçün də istiqamət oldu.

Biz torpaqlarımız azadetdik, gedib o torpaqları gördük. Lakin bizim duyduğumuz qürur hissinin içindəbir kədər da var idi. Bu da həmin torpaqlardakı dağıntılar, talanlar idi. Bunudünyaya göstərmək elə də çətin deyil. Sadəcə, bu yöndəki təşəbbüslər güclənməlidir.Azərbaycan jurnalistikası özünün bu gücünü göstərdi və göstərməkdədir. Biz ermənilərin“məzlum xalq” obrazını qırdıq, bütün dünya işğalçının iç üzünü gördü. Jurnalistlərimiztərəfindən erməni vandalizminin ifşası bundan sonra da davam etdirilməlidir.

Jrunalistikamızın bugünküfəaliyyəti yüksək səviyyədədir. Mən jurnalistlərimizi bağrıma basıram. Onlar böyükişlər görürlər. Jurnalistlərimiz xalqımızın, prezidentimizin, ordumuzunyanındadırlar və hər zaman da yanında olacaqlar”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az