Cavad Zərif gələn həftə Bakıya gəlir

Cavad Zərif gələn həftə Bakıya gəlir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif gələn həftə Bakıya rəsmi səfərə gəlir.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, gələn həftə Moskva, Tiflis, Bakı və Yerevana rəsmi səfərə gedəcək.

“Məqsədim budur ki, Qarabağ böhranının bitməsinə və sülhün bərpa edilməsinə dəstək verə biləcək ölkələrə səfər edim. Bu istiqamətdə Türkiyənin xarici işlər naziri ilə də danışmışam”, deyə Cavad Zərif koronavirusla bağlı şəraitin maneə törətməyəcəyi təqdirdə bu səfərin həyata keçiriləcəyini vurğulayıb.

Mənbə: www.interaztv.com