İsrail "HƏMAS"a aid müşahidə məntəqələrinə hücum etdi

İsrail "HƏMAS"a aid müşahidə məntəqələrinə hücum etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail Qəzza zolağındakı 6 HƏMAS müşahidə məntəqəsinə top hücumu təşkil edib.

Yerli mənbələr İsrail tərəfindən atılan raketlərdən birinin əl-Məğazi düşərgəsindəki bir evə çırpıldığını və bir dinc sakinin yaralandığını açıqlayıb.

İsrail ordusunun verdiyi açıqlamada HƏMAS-ın Qəzzadakı bəzi mövqelərinin top atəşinə tutulduğu qeyd edilib. Açıqlamada hücumun dünən gecə Qəzzadan İsrailə raket atılmasına cavab olaraq həyata keçirildiyi iddia edilib.

Mənbə: eastnews.org