Qanlı faciənin şahidi olan Litvalı jurnalist - "Bütün bunlar erməni işğalına yönəlmiş bir plan idi"

Qanlı faciənin şahidi olan Litvalı jurnalist - "Bütün bunlar erməni işğalına yönəlmiş bir plan idi"

Təəssüf ki, Litva o zaman tam azad deyildi və bütün hadisələri dolayısı yollarla əldə edə bilirdik. Lakin Sovet imperiyasının qanlı terrorunun Vilnüsdə də baş verə biləcəyini başa düşürdük. Bakıdakı dəhşətli hadisələr, Sovet əsgərlərinin vəhşiliyi Litvalılara güclü təsir göstərdi, lakin bütün təhlükələrə rəğmən bu bizdə də azad dövlət olmaq istəyini daha da artırdı!

Bakıda baş verən dəhşətli hadisələri sizin Azərbaycan Xalq Cəbhəsi (AXC) təçkilatı vasitəsilə tez bir zamanda öyrəndik. Onlarla tez-tez əlaqə saxladıq. Həmin an, operatorumuz Bakı küçələrində dəhşətli görüntüləri lentə almaq üçün Yanvar hadisələrinin tam mərkəzində idi. Azərbaycan o dövrdə tamamilə informasiya blokadasında idi. Yanvarın 19-da Azərbaycan televiziyası və radiosunun enerji bloku partladılandan sonra, ölkənin informasiya şəbəkəsindən tam təcrid olduğu ortaya çıxdı.

O zaman Litvalılar bütün bunların Qarabağ hadisələri fonunda baş verdiyini az bilirdilər. Litva o zaman hadisələri tam anlamadı və bunun səbəbi 1988-89-cu illərdə azərbaycanlıların Ermənistandan qovulması barədə çox az məlumatın olması idi. Kremlin dəstəyi ilə 270 min azərbaycanlı Ermənistan ərazilərindən qovuldu və deportasiya edildi. Dağlıq Qarabağda da azərbaycanlıların qətlinə və deportasiyasına başlandı. Bütün bunlar Sovet hakimiyyətinin tam sükutu və müdaxiləsi olmadan edildi. Bakıdakı hərbi əməliyyatların əsas məqsədi Azərbaycan xalqının müstəqillik istəyinin qarşısını almaq və Dağlıq Qarabağdakı müqaviməti yatırmaq idi. Bütün bunlar, bir sözlə erməni işğalına yönəlmiş bir plan idi

Bakıdakı Qırmızı Terror bütün dünyanı Sovet İttifaqının bir çox xalqlar və ölkələr üçün bir düşərgə olduğunu düşündürdü! Və bu düşərgəni qorumaq üçün Sovet İttifaqı öz xalqına qarşı amansız hərəkətlər etməkdən tərəddüd etmirdi. Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizə Baltikyanı ölkələrdə də dəyişiklik proseslərini sürətləndirdi! Bizim üçün bu, ümumi insani məqsədlərimiz üçün sülh yolu ilə necə mübarizə aparacağımıza bir nümunə idi.

Siz I Qarabağ müharibəsinin və SSRİ-nin dağılma dövrünün canlı şahidi olmusunuz. Bəs o zaman Azərbaycan kənardan necə görünürdü?

 

Qara Yanvar hadisəsi şəxsən Azərbaycana gəlməyimə səbəb oldui. Hələ o zaman Azərbaycan xalqının birliyi ilə Moskvanın vasitəçisi Vəzirovu hakimiyyətdən qovanda, Azərbaycan yenə də informasiya blokadasında idi.

 

Qarabağ münaqişəsinə gəldikdə, Sovet İttifaqı tarixində ilk dəfə erməni millətçiləri dinə diqqət çəkməyə başladılar. Müsəlmanların güya onları öldürdüyünü hər yerdə iddia edirdilər. O vaxta qədər Sovet İttifaqında heç kimin hansı dinə mənsub olduğuna əhəmiyyət verilmirdi. Bir çox jurnal və qəzet sadəcə yalan məlumatlar yayımlandlrılırdı. İlk dəfə o zaman erməni diasporası sözünü eşitdik. Orada sözün düzü çoxlu litvalı da var idi. Bu mövzuda məqalələr əsasən litvalılar tərəfindən yazılmışdı. Beləliklə, litvalı jurnalistlərin əksəriyyəti erməni tərəfdən Qarabağa səyahət etdilər. Mən isə haqq tərəfini seçdim - o ağır günlərdə azərbaycanlıların yanında olmağı! Hər şeyi öz gözlərimlə görmək istəyirdim. İnanın, yalnız böyük çətinliklə Qarabağdakı dinc azərbaycanlı əhaliyə qarşı ermənilərin vəhşiliklərindən bəhs edən məqalələr dərc etdirə bildim. Mənə qarşı təqib və təhdidlər başladı. Ancaq bu mənim əzmimi sındırmadı; əksinə, Baltikyanı ölkələrinin oxucularına Dağlıq Qarabağ hadisələrini obyektiv çatdırmaqda mənə güc verdi. Axı onsuz da bilirdik ki, hər şey şimal qonşusu olan Sovet İttifaqı və yaxud da sadəcə Rusiyanın köməyi ilə oldu. İmperialist qüvvələr hər zaman Azərbaycana yağlı bir tikə kimi baxdılar. Niyə də yox. Bütün minerallar, yeraltı və yerüstü sərvətlərlə zəngin bir ölkə idi axı Azərbaycan onlar üçün. Üstəlik, Azərbaycan strateji bir ərazidə yerləşməklə Şərqin qapısı kimi tanınır. Litvada Xocalı soyqırımı ilə bağlı həqiqəti söyləyən az sayda şəxslərdən biri idim.

Xatırlatmaq istərdim ki, yanvar ayında rus hərbçiləri arasında ehtiyata çağırılan erməni milliyyətindən olan vətəndaşlar da Bakıdakı mülki şəxslərin qətllərində iştirak etdilər. Əlavə 66 min Sovet əsgərinə rəhbərlik etdikləri zaman Bakıda meydana çıxdılar. 1989-cu ildə Bakıda Kremlin imperialist qüvvələrinin əmrlərini kor-koranə yerinə yetirən 110 mindən çox Sovet əsgəri var idi.

Azərbaycanın Qarabağdakı son qələbəsini necə xarakterizə edərdiniz?

Son 44 günlük müharibə və Azərbaycanın qələbəsi tarixi ədalətin bərpası. 90-cı illərin əvvəllərində Azərbaycan xalqının mübarizə apardığı proseslərin davamı.

Azərbaycan torpağının işğalı otuz il davam etdi. Erməni təcavüzü nəticəsində bir milyon qaçqın evlərini itirdi. Yalnız Qarabağın mərkəzini deyil, ətrafdakı yeddi bölgəni də işğal etmişdilər. Ermənistan hərbçiləri 30 ildir davamlı olaraq atəşkəsi pozur. Cəbhə bölgəsində yaşayan mülki şəxslər onların hədəfinə çevrildi. Erməni snayperlərinin gülləsi ilə hətta uşaqlar öldürüldü. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda lider idi. Lakin, Ermənistan sülhdən yayınaraq işğala davam etdi. Azərbaycana qarşı təxribat praktik olaraq hər gün təkrarlanmağa başladı. Azərbaycan beynəlxalq hüquq və ümumiyyətlə tanınmış sərhədlər çərçivəsində qurtuluş müharibəsinə başladı. Ermənistan işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasına dair BMT-nin dörd qətnaməsinə heç vaxt əməl etməyib. İkinci Qarabağ müharibəsi dəhşətli mənzərəni ortaya qoydu: qələbədən sonra dünya viran qoyulmuş şəhərləri, dağıdılmış mədəniyyət abidələrini, müqəddəs yerləri, qəbiristanlıqları, məscidləri gördü. Vaxtilə gözəl olan bütün şəhər, qəsəbə və kəndlər Hiroşimanın partlayışından sonrakı halına dönmüşdu. İşğal zamanı ekologiyanın də ciddi zərər gördüyü ortaya çıxdı. Erməni işğalçıları ərazini tərk etməzdən əvvəl hər şeyi məhv etmişdilər. Bu bir daha göstərdi ki, heç bir əraziyə aid olmayan ermənilər hər zaman Azərbaycan torpaqlarını qəsb etməyə və tarixi abidələrini erməniləşdirməyə çalışıblar.

Dünya Azərbaycanın qələbəsinin vacibliyini hələ tam anlamır. Qarabağ və ətrafındakı yeddi rayon nəhayət öz tarixi sahibinə geri döndü! Bu bölgənin gələcəkdə çiçəklənəcəyinə və ümumiyyətlə turizmə açıq olacağına inanıram!

Bütün bunlar Azərbaycan Prezidentinin sayəsindədir! Azərbaycan əsgərinə təşəkkür edirəm! Valideynləri qarşısında təvazökarlıqla baş əyirəm, eyni zamanda öz ərazilərinin azad olunması uğrunda canlarından keçmiş şəhid ailələrinə başsağlığı verirəm. Onların sayəsində bir çox hərbi əsir erməni əsirliyindən vətənlərinə qayıtdı.

Qəhrəmanlar ölkəsinə sülh və firavanlıq diləyirəm!

Mənbə: ednews.net