Bayden prezidentliyin ilk günündə ABŞ-ın ÜST-dən çıxışı prosesini dayandıracaq

Bayden prezidentliyin ilk günündə ABŞ-ın ÜST-dən çıxışı prosesini dayandıracaq

...bu barədə amerikalı liderin komandasının internet səhifəsində yerləşdirilmiş bəyanatda məlumat verilir

ABŞ-ın seçilmiş prezidenti Co Bayden vəzifəsinin icrasına rəsmən başladığı ilk gündə ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxışı prosesinin dayandırılmasını nəzərdə tutan fərmana imza atacaq.

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə amerikalı liderin komandasının internet səhifəsində yerləşdirilmiş bəyanatda məlumat verilir.

“Bu gün ABŞ-ın seçilmiş prezidenti Co Bayden əvvəlki administrasiyanın başladığı Ümumdünya Səhiyyə Təşkilatından – COVID-19 koronavirus pandemiyasına beynəlxalq cavabın koordinasiyası baxımından kritik önəm daşıyan strukturdan çıxış prosesinin dayandırılması məqsədilə müvafiq addımlar atacaq. Bu, gələcək epidemiyalar və pandemiyalara hazırlığın gücləndirilməsi və bütün insanların səhhətinin yaxşılaşdırılması üçün vacibdir”, bəyanatda deyilir.

Mənbə: www.interaztv.com