İsrail 24 Gürcüstan vətəndaşını deportasiya edir

İsrail 24 Gürcüstan vətəndaşını deportasiya edir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.

Qeyd olunub ki, bu vətəndaşlar İsraildə qanuni yaşayış icazəsi olmayanlardır və onlar tezliklə Gürcüstana deportasiya ediləcəklər.

"İsrail İmmiqrasiya xidməti hazırda 24 gürcünü saxlayıb. 24 nəfərdən 12-si artıq Gürcüstana geri qayıtmaq üçün bilet alıb. 12-si isə həftə sonunadək biletlərin ödənişini edəcək. Bu insanlar müxtəlif vaxtlarda, İsrailin müxtəlif şəhərlərində saxlanılıblar və bu onların kütləvi həbsi şəklində baş verməyib", - deyə nazirliyin bəyanatında bildirilib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət Yol Polisi İdarəsinin 5 saylı otağında pul yığılır

SONRAKI XƏBƏR

Lerikdə şəhid Səxavət Hacıyevin xatirəsi anılıb