Paşinyan daha bir nazir müavini işdən çıxardı

Paşinyan daha bir nazir müavini işdən çıxardı

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini vəzifəsindən azad edilib.

Cebhe.info xəbər verir ki, qərar hökumətin saytında yayımlanıb.

Baş nazir Nikol Paşinyan, "Dövlət qulluğu haqqında" qanunun 9-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, Narine Xaçaturyanın vəzifəsindən azad edildiyini bildirib.

Yanvarın 19-da N.Xaçaturyan Rəssamlar İttifaqında müsahibə verərkən bir qadın yaxınlaşaraq jurnalistə ondan müsahibə almamalı olduğunu, müavinin uduzan bir hakimiyyətin sədaqətli işçisi olduğunu bildirib. Nazir müavini qeyd edib ki, hər kəsin azad söz haqqı var. Güman edilir ki, Xaçaturyan bu qalmaqaldan sonra işindən azad edilib.

Mənbə: cebhe.info