Almaniya səfiri: "Bu gün biz 1990-cı ildə Azərbaycanın azadlıq hərəkatına qarşı şiddətli basqını xatırlayırıq"

Almaniya səfiri: "Bu gün biz 1990-cı ildə Azərbaycanın azadlıq hərəkatına qarşı şiddətli basqını xatırlayırıq"

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maninq 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

APA-nın xəbərinə görə, alman diplomat bu barədə "Twitter"də bildirib.

"20 Yanvar, "Şəhidlər Günü"ndə biz 1990-cı ildə 147 günahsız insanın həyatı bahasına başa gəlmiş Azərbaycanın azadlıq hərəkatına qarşı şiddətli basqını xatırlayırıq. Bu gün həmçinin keçmiş və hazırkı zoraki münaqişələrin bütün qurbanlarını anırıq", - səfir bildirib.

 

Mənbə: apa.az