“Qəhrəmanın adını əbədiləşdirmək onu da, göstərdiyi qəhrəmanlığı da yaşatmaq deməkdir”

“Qəhrəmanın adını əbədiləşdirmək onu da, göstərdiyi qəhrəmanlığı da yaşatmaq deməkdir”

Şair Ramaldanov: “Abşeron Rayon İcra Hakimiyyətinin general Polad Həşimovla bağlı təşəbbüsünü alqışlayıram”

Abşeron Rayon İcraHakimiyyətinin təşəbbüsü ilə Mehdiabaddakı adsız küçələrdən birinə şəhidgeneral Polad Həşimovun adı verilib.

Moderator.az-aaçıqlamasında İcra Hakimiyyətinin bu təşəbbüsünü təqdir edən hərbi ekspert ŞairRamaldanov, qəhrəmanların xatirəsinin bu şəkildə əbədiləşdirilməsi və təqdiredilməsini alqışladığınını bildirib:

“Hər dövrün isə öz qəhrəmanıolur və xalq öz qəhrəmanını tanımalıdır. Bizim qəhrəmanlarımızdan biri də şəhidimiz,Milli Qəhrəmanımız rəhmətlik Polad Həşimovdur. Şəhdilərimizin, qəhrəmanlarımızınadının küçələrə, məktəblərə verilməsi, onların cəmiyyətdə təbliği prosesi hərzaman diqqət mərkəzində olmalıdır. Qəhrəmanların adları sadəcə onlara deyil,bütün xalqa məxsus addır. Ona görə də qəhrəmanların adları müxtəlif təhsil müəssisələrinə,küçələrə, gəmilərə və s. verilir. Biz hər hansı bir qəhrəmanın adını bu şəkildəəbədiləşdirməklə onu da, onun göstərdiyi qəhrəmanlığı da yaşatmış oluruq.

Qəhrəmanlarımızın xatirəsiniəbədiləşdirməkdə bir məqsədimiz də ondan ibarətdir ki, gənc nəsillər onlarıtanısın, onların həyat yolunu öyrənsin, onlar da lazım gələndə qəhrəmanlarımızınatdığı addımları nümunə götürərək təkrarlasınlar. Vətənlərini sevsinlər, onuqorusunlar, vətən üçün lazım gələndə canlarından belə keçməyə hazır olsunlar.Bununla da xalqı, vətəni yaşatsınlar.

Belə qəhrəmanlar olmasabiz nə qələbə, nə də təhlükəsizlik haqqında düşünə bilərik. Bizim qəhrəmanlarsıznə nüfuzumuz, nə də dəyərimiz olmaz. Cəmiyyətə, xalqa dəyər gətirən, nüfuzqazandıran, ucalıq bəxş edən qəhrəmanlarıdır. Küçələrə, məktəblərə qəhrəmanlarımızınadının verilməsi də xalqın onlara olan sevgisidir. Mən bu məsələləri diqqətdəsaxlayan məmurlarımıza da öz təşəkkürümü bildirir, Abşeron Rayon İcra Hakimiyyətininbu təşəbbüsünü alqışlayıram”.

 

Mənbə: moderator.az