“Tramp axmaq terrorçudur, hakimiyyətdən getməsi Tanrının lütfüdür” – Ruhani

“Tramp axmaq terrorçudur, hakimiyyətdən getməsi Tanrının lütfüdür” – Ruhani

İran prezidenti Həsən Ruhani çərşənbə günü vəzifəsindən gedən ABŞ prezidenti Donald Trampın bir siyasətçi olaraq “öldüyünü” bildirib.

Qazet.az xəbər verir ki, bu barədə İran lideri Nazirlər Kabinetinin iclasında çıxış edərkən qeyd edib.

“Tramp öldü, siyasi həyatı bitdi”, – deyən Ruhani Ağ Ev rəhbərini “diktator”, vəzifəsindən ayrılmasını isə “Tanrının lütfü” adlandırıb.

“ABŞ-ın siyasi cəhətdən təcrid olunması Trampın mirasıdır. O, Fələstinə qarşı hərəkət etdi, tək qaldı, dünyanın əksəriyyəti ona qarşı çıxdı. O, axmaq terrorçudur”.

Mənbə: qazet.az