Suriya BMT-yə ABŞ barədə məktub yazdı

Suriya BMT-yə ABŞ barədə məktub yazdı

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ABŞ qüvvələrinin əl-Cəzirə bölgəsində həyata keçirdiyi təcavüzkar fəaliyyətini qətiyyətlə pisləyib.

Suriya Ərəb Xəbər Agentliyinin (SANA) verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinə və Təhlükəsizlik Şurasının (BMT TŞ) sədrinə ABŞ qüvvələrinin əl-Cəzirə bölgəsində şimal-şərqdə etdiyi hərbi təcavüzlə əlaqədar məktub göndərib.

Məktubda "Suriya Ərəb Respublikası işğalçı ABŞ qüvəllərinin əl-Cəzirə bölgəsindəki işğal etdiyi ərazilərdə həyata keçirdiyi demək olar ki, gündəlik təcavüzkar fəaliyyətlərini qətiyyətlə qınadığını bildirir", - ifadələri yer alıb.

Məktubda bu fəaliyyətin ölkənin suverenliyinə, birliyinə və ərazi bütövlüyünə açıq bir hücum olduğu və beynəlxalq hüquqa zidd olduğu qeyd edilib.

 

Mənbə: eastnews.org